Azərbaycanda Fransa vətəndaşına məxsus şirkətdən 160 min manat oğurlanıb
11 Sentyabr 2012 12:57 (UTC+04:00)
Bakıda şirkətdən
külli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən
bildirilib.
Hadisə sentyabrın 10-a keçən gecə Nizami rayonunda yerləşən, Fransa
vətəndaşı Lieve Van Sendenin rəhbəri olduğu "Azersix" MMC-də qeydə
alınıb. Şirkətin qapısını sındırma yolu ilə içərisində 160 min
manat olan seyf naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş
Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis
İdarəsinin Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi
və 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat
tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə
fəhlə işləyənlər - Gədəbəy rayon sakini Şamil Ələkbərov, Bakı şəhər
sakinləri Vüsal Əlifov və Telman Mustafayev sentyabrın 10-da
tutulublar.