Azərbaycanlı diaspor liderinə sui-qəsd

11 Sentyabr 2012 18:29 (UTC+04:00)

Rusiyanın Ulyanovsk şəhərində Azərbaycan diasporunun rəhbəri İslam Hüseynova qarşı sui-qəsd olub. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hadisə zamanı Hüseynov yaralanıb, onun sürücüsü həlak olub. 

İslam Hüseynov 1969-cu il mayın 10-da Bakıda kimyaçı ailəsində anadan olub. 90-cı illərin əvvəllərində Ulyanovska köçüb və bu şəhərdə sahibkarlıqla məşğul olmağa başlayıb. 2005-ci ildə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Federal Dairəsi üzrə sədri seçilib. Regionda diaspor quruculuğu istiqamətində böyük rol oynayıb. 
Hazırda istintaq baş vermiş cinayəti araşdırır.