Oğuz rayonunda baş verən yol qəzalarında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
12 Sentyabr 2012 11:09 (UTC+04:00)
Oğuz rayonunda 3
nəfərin ölümü ilə nəticələnən iki yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi idarəsinin
təhqiqat və istintaq bölməsindənAPA-nın Şəki-Zaqatala bürosuna verilən
məlumata görə, hadisələrdən biri bu gecə saat 02.00 radələrində,
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 120-ci kilometrliyində,
Oğuz rayonu Bucaq kəndi ərazisində qeydə alınıb. 1976-cı il
təvəllüdlü, Şəki rayon sakini Tərlan Mustafayev idarə etdiyi
"Mercedes" markalı, 55 BJ 231 dövlət nömrə nişanlı avtomobil
hərəkət istiqamətini itirərək yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə Tərlan Mustafayev və avtomobildə olan digər sərnişin, onun
əmisi oğlu Rəhman Mustafayev aldıqları ağır bədən xəsarətlərindən
hadisə yerində ölüblər.
Oğuz Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcilli Yardım
Şöbəsindən APA-ya daxil olan
məlumata görə, ölümlə nəticələnən daha bir yol qəzası sentyabrın
11-i saat 21.00 radələrində rayonun Cincam kəndi ərazisində baş
verib. Yol qəzasında 1986-cı il təvəllüdlü Bakı şəhər sakini
Cabrayılov Elmir Kərəm oğlu aldığı ağır bədən xəsarətlərindən
hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alan daha iki nəfər
isə Qəbələ MRX-yə yerləşdirilib.
Hər iki faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi idarəsinin
təhqiqat və istintaq bölməsində cinayət işi başlayıb, araşdırma
aparılır.