Azərbaycan paralimpiyaçılarımız Vətənə qayıdıblar
12 Sentyabr 2012 12:33 (UTC+04:00)
London Yay
Paralimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan yığması Vətənə
qayıdıb.
Apasport.az saytının məlumatına görə, nümayəndə heyətini gətirən
təyyarə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq
Aeroportuna enib.
6 idman növündə 21 idmançı ilə təmsil olunan millimiz qəhrəman kimi
qarşılanıb. Hava limanına toplaşanlar arasında idman ictimaiyyəti,
azarkeşlər və onların qohumları olublar.
Qeyd edək ki, yığmamız Londonda 4 qızıl, 5 gümüş və 3 bürünc medal
qazanaraq, komanda hesabında 27-ci yeri
tutublar.