Ermənistanda hökumət telefonları sıradan çıxıb, hökumət ətraf aləmdən təcrid olunub

12 Sentyabr 2012 16:05 (UTC+04:00)
Ermənistan hökuməti daxili telefon stansiyasının xarab olması nəticəsində ətraf aləmdən təcrid olunub. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hökumətin mətbuat katibi Arutyun Berberyan bildirib ki, 1990-cı illərin əvvəllərində istismara verilmiş "Alcatel" telefon stansiyası tam sıradan çıxıb. Artıq yeni stansiyanın alınması və ay ərzində quraşdırılması haqqında razılıq əldə edilib. Yeni stansiya fəaliyyətə başlayana qədər məmurlar öz mobil telefonlarından istifadə etməli olacaqlar.