PAŞA Bankın ilin ilk 6 ayının maliyyə göstəricilərinə dair auditor rəyi hazırlanıb

12 Sentyabr 2012 17:17 (UTC+04:00)

Movqe.Azxəbərverirki, avqust ayında "Ernst & Young" şirkəti yarım ilin nəticələrinə görə Azərbaycanın bankçılıq bazarında aparıcı qurumlardan biri olan PAŞA Bankın əsas maliyyə göstəricilərinə dair auditor rəyi hazırlanıb.

Bankın İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı Şahin Məmmədovun sözlərinə görə, PAŞA Bank bazarın aparıcı oyunçuları sırasında öz mövqeyini qoruyub. Müştərək kapitalın həcmi 177,414,040 AZN, aktivlər isə  630,072,417 AZN səviyyəsinə  çatdırılıb. Bu da 2011-ci ilin nəticələrinə görə analoji göstəricidən (573,879,801 AZN) 10% çoxdur. 

Bank rəsmisinin sözlərinə görə 2012-ci ilin ilk 6 ayına PAŞA Bankın aktivlərinin strukturu aşağıdakı kimidir:

- Kredit portfeli - 45%

Qiymətli kağızlar portfeli - 39%

-  Maliyyə qurumlarından alınacaq vəsaitlər - 7%

-  Pul vəsaitləri və onların ekvivalentləri - 5%

-  Digər aktivlər – 4%

İlk yarım ildə, qiymətli kağızlar portfelinin həcmini cüzi 5% azaltmaqla (ötən ilin sonuna olan 260,975,703 AZN-ə nisbətən 248,712,806 AZN), Bank likvidliyi istənilən səviyyədə qoruyub saxlamışdır. Hesabat dövründə Bankın kredit portfeli 22% artmış və 2011-ci ilin nəticələrinə görə 246,769,000 AZN-ə nisbətən 300,334,205 AZN təşkil edib.

Ümumi kredit portfelində qeyri-işlək kreditlərin payı (non performing loans, NPL) ötən ilin nəticələrinə görə 10,75%-ə nisbətən 10.84% təşkil edib. Ümumi kredit portfelində problemli kreditlərin böyük hissəsi (67%) 2 müştərinin yerinə yetirilməmiş öhdəliklərinə aiddir. 

2012-ci ilin ilk 6 ayının nəticələrinə görə bu müştərilərin öz göstəricilərini yaxşılaşdırmağına baxmayaraq, güclü rəqabəti və həmin müştərilərin təmsil etdiyi sektorlarda müvəqqəti çətinlikləri nəzərə alaraq, Bank rəhbərliyi bu müştərilərə aid kreditlərin statusunun dəyişdirilməməsi barədə qərar qəbul edib. Bank rəhbərliyi vəziyyəti ciddi nəzarətdə saxlayır.

Effektiv ehtiyat uçot dərəcəsi 2011-ci ildə 5,2%-ə nisbətən bu il 6,3% təşkil edib. Yarım ilin yekunlarına görə müştəri hesabları maliyyə ekvivalentində 360,237,402 AZN təşkil edib. PAŞA Bankın faiz gəlirləri 23,797,325 AZN, qeyri-faiz gəlirləri isə 3,154,314 AZN təşkil etmişdir. Bankın gəliri (gəlir vergisi daxil) 7,141,609 AZN, təmiz  gəlir isə 5,472,194 AZN təşkil etmişdir. Göstərilən müddət ərzində aktivlərin mənfəətliliyi (ROA) 4,5%, kapitalın mənfəətliliyi (18.13%) isə 18.13% təşkil edib.  

Hesabat dövründə PAŞA Bankın sənədli əməliyyatlarının həcmi ikiqat artmışdır – ötən ilin yekunlarına görə 43,689,159 AZN-dən 88,403,771 AZN-dək. Hazırda, PAŞA Bankın strateji məqsədi 2012-ci ilin sonunadək ticarətin maliyyələşdirilməsi portfelini 105,000,000 AZN-ə çatdırmaqdır.