İngiltərədə inanılmaz gerçəklik...
12 Sentyabr 2012 18:44 (UTC+04:00)
İngiltərədə yüzlərlə məktəbin tualetində və
paltardəyişmə otaqlarında təhlükəsizlik kamerası yerləşdirilirmiş.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Şiffelddəki King
Ecgbert Liseyində 12 müxtəlif tualetdə təhlükəsizlik kamerasının
olduğunun üzə çıxması ilə ölkə miqyasında bu sahədə həyata
keçirilən qalmaqallı işin üstü açılıb.
Ölkədə təhlükəsizlik kameraları ilə şagirdlərin
bütün vəziyyətlərdə müşahidə edilərək nəzarətdə saxlanılmasına
şərait yaradan 200-dən çox məktəb var. Bu məktəblərdə 100 min ədədə
qədər təhlükəsizlik kamerası quraşdırıldığı ehtimal edilir. Şəxsi
həyatın qorunmasını müdafiə edən "Big Brother Watch" adlı qrup
dövlət rəsmilərini dərhal bu hala son qoyulması üçün addım atmağa
çağırıb.
11-18 yaşlı qız və oğlanların təhsil aldığı King
Ecgbert Liseyi isə artıq məsələyə reaksiya verib və təhlükəsizlik
kameralarının şagirdlərin təhlükəsizliyinin qorunmasında vacib rol
oynadığını bəyan edib.