Bu günə gözlənilən hava şəraiti
13 Sentyabr 2012 11:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə Bakıda
və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə
əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 23-27 dərəcə
isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu
20-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın
13-də hava şəraitinin əsasən yağmursuz
keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 25-30,
dağlarda gecə 7-12, gündüz 16-20 dərəcə isti
olacaq.
Sentyabrın 13-də Respublika ərazisində hava
şəraitinin nisbətən mülayim, dəyişkən buludlu olacağı, arabir
tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi
gözlənilir.