Azərbaycanda deputatlığa keçmiş namizəd tutulub

13 Sentyabr 2012 13:00 (UTC+04:00)
Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində "İberiya-press" agentliyinin icraçı direktoru həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindənAPA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rəşad Fazil oğlu Muradəliyev sentyabrın 12-də yaxalanıb.
APA-nın əldə etdiyi məlumata görə, R. Muradəliyev Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində fəaliyyət göstərən "İberiya-press" agentliyinin icraçı direktorudur. O, ikinci dəfədir ki, dələduzluq faktı görə həbs edilir. Bundan əvvəl R. Muradəliyev 2010-cu ildə həbs edilib.
R. Muradəliyev həmçinin 2005-ci ildə deputatlığa namizəd olub.