Zəfəri Liberal Partiyası qazandı

13 Sentyabr 2012 16:21 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Hollandiyada, erkən parlament seçkilərin nəticəsi çox az fərqlə iqtidardakı Liberal Partiyasının (VVD) qazandığını göstərir. Avropa Birliyi tərəfdarı olan partiya, 150 üzvdən ibarət parlamentdə millət vəkillərinin sayını 31-dən 41-ə yüksəldib.

2010-cu ildən bu yana iqtidarda olan və aprel ayında kabinetini istefaya göndərmək məcburiyyətində qalan VVD lideri Mark Ruttenin yeni hökuməti qurması gözlənilir: "Təbriklər. Liberal Partiya, tarixində heç bu gecə olduğu qədər böyük olmamışdı."

Ana müxalifətdəki İşçi Partiyasının (PvdA) millətvəkili sayı isə 30-dan 39-a yüksəlib. Rəqibi Baş nazir Rutteni axtararaq təbrik edən PvdA lideri Diederik Samsom, yeni hökumət üçün əməkdaşlıq etmək istəyini bildirib. İki partiyanın millətvəkillərinin sayı parlamentin əksəriyyətini təşkil edir: "Hollandiyanın bu an güclü və sabit bir hökumətə ehtiyacı var. İşçi Partiyası, bu gecədən etibarən bu mövzu üzərində işləyəcək. Bu, yeni kabinetin qurulmasına əks olunacaq."