Hulusi Kılıç “Dostluq” ordeni ilə təltif edildi

13 Sentyabr 2012 18:19 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev TÜrkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Azərbaycanın Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç "Dostluq" ordeni ilə təltif edilib.