Alimlər vergi və rüsumlardan azad oluna bilər

13 Aprel 2012 13:42 (UTC+04:00)

"Hazırda alimlərin vergi və rüsumlardan azad olunması məsələsi üzərində müvafiq iş gedir". Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib. İcraçı direktorun sözlərinə görə, vergi və rüsumlardan azad olunma alimlərin qrant layihələri işinə kömək edəcək, onların elmə daha çox diqqət ayırmasına gətirib çıxaracaq və müəyyən mənada bürokratik maneələri aradan qaldıracaq. "Bu, çox ciddi məsələdir və hazırda bununla bağlı iş gedir. Hesab edirik ki, müsbət irəliləyiş əldə olunacaq. İndi xarici ölkələrin təcrübəsi öyrənilir"-deyə, E. Babayev vurğulayıb.