Azərbaycanda rezidenturaya ixtisas seçimi başa çatıb
14 Sentyabr 2012 11:23 (UTC+04:00)
Azərbaycanda 2012-2013-cü tədris
ili üçün rezidenturaya ixtisas seçimi başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat
xidmətindən APA-ya verilən
məlumata görə, ixtisas seçimi internet vasitəsilə sentyabrın 11-i
saat 9.00-dan bu gün saat 9.00-dək aparılıb.
Bu müddətdə ixtisas seçimi etməyən namizədlər müsabiqədə iştirak
hüququnu itiriblər.
İxtisas seçimində iştirak etmək üçün qoyulan minimal tələblər
(müsabiqə şərtləri) müalicə işi, pediatriya istiqamətinə aid olan
ixtisaslar üçün baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50
bal; stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza
fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; tibbi biologiya
istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal,
ixtisas fənləri üzrə 40 bal; tibbi profilaktika istiqamətinə aid
olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri
üzrə 40 bal müəyyən edilib.
Qeyd edək ki, rezidenturaya sentyabrın 8-9-da keçirilmiş qəbul
imtahanlarının nəticələrinə əsasən, namizədlərdən ümumilikdə 835
nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb.
Rezidenturaya qəbulun nəticələri bu gün elan olunacaq.