“Avropa Parlamenti Ramil Səfərovla bağlı sənədi problemin kökünü öyrənmədən, tələm-tələsik qəbul edib”
14 Sentyabr 2012 15:56 (UTC+04:00)
"Avropa Parlamentinin Ramil Səfərovla bağlı
qətnaməsi tələm-tələsik qəbul olunub və siyasi xarakter
daşıyır".APA-nın məlumatına görə,
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbiat xidmətinin rəhbəri
Elman Abdullayev jurnalistlərə açıqlamasında belə deyib.
O Avropa Parlamenti deputatlarının erməni diasporunun təsirinə
düşməsindən təəssüfləndiyini bildirib: "Ramil Səfərov məsələsi
Azərbaycan üçün qapanıb. Azərbaycan və Macarıstan qanun
çərçivəsində hərəkət ediblər. Bu məsələnin müzakirəsi zamanı
Azərbaycan torpaqlarının işğalı faktını da nəzərə almaq lazımdır.
Avropa Parlamentinin deputatları bu sənədi problemin kökünü
öyrənmədən, tələm-tələsik qəbul ediblər".
Qeyd edək ki, Avropa Parlamentinin sentyabrın 13-də Strasburqda
keçirilən plenar iclasında zabit Ramil Səfərovun Azərbaycana
qaytarılması və əfv edilməsi məsələsi müzakirə olunub.
Qətnamədə deputatlar bu məsələnin Azərbaycanla Ermənistan arasında
münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxara və Dağlıq
Qarabağ sülh prosesini təhlükə altına qoya biləcəyindən
narahatlıqlarını ifadə ediblər.
Onlar Avropa Birliyini Dağlıq Qarabağ münaqişəsinin həlli
prosesində daha aktiv rol oynamağa çağırıblar.