“Amerikada çəkilən filmin arxasında İsrail dayanır”
14 Sentyabr 2012 17:30 (UTC+04:00)
İran prezidenti Mahmud Əhmədinejad ABŞ-da
çəkilən və İslam dinini, onun peyğəmbərini təhqir edən filmə
münasibət bildirib.
APA-nın "Fars" xəbər agentliyinə
istinadən verdiyi məlumata görə, M. Əhmədinejad filmi kəskin tənqid
edərək, bunu qorxu dənizində boğulmaqda olan İsrailin son
çırpınışlarının bir nümunəsi kimi qiymətləndirib: "Bu filmin əsl
məqsədi dinlər və bu dinlərə mənsub kütlələr arasında qarşıdurmalar
yaratmaq, xüsusilə müsəlmanları hədəf göstərib alçaltmaqdır. Bu
işin arxasında əli olduğu artıq hər kəs tərəfindən bilinən İsrail
ucuz üsullarla ortalığı qarışdırıb öz varlığını bir az da qorumağa
çalışır. Ancaq digər dinlərin mənsublarını müsəlmanların üzərinə
salaraq öz varlığını davam etdirə biləcəyini zənn edən İsrail
yanılır. Artıq İsrail getdikcə ABŞ üçün də dözülməz hala
gəlir".