Türkiyədə 10 terrorçu məhv edildi

15 Sentyabr 2012 13:14 (UTC+04:00)

Türkiyənin Hakkari bölgəsində PKK terrorçularının zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilib. Lent.az-ın "habertürk"-ə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı bir mühafizəçi şəhid olub, 6-sı hərbçi əsgər olmaqla 9 nəfər yaralanıb, 10 terrorçu məhv edilib.

Qeyd edək ki, Diyarbəkirin Licə ərazisində də PKK terrorçuları Polis bölməsinə hücum edib. Nəticədə PKK yaraqlıları ilə təhlükəsizlik xidmətinin əməkdaşları arasında qarşıdurma yaranıb. Bir əsgərin yaralandığı qarşıdurmanın yaşandığı bölgədə havadan əməliyyatlar həyata keçirilir.