Millət vəkilinin oğlu intihar etdi

15 Sentyabr 2012 20:44 (UTC+04:00)

Türkiyənin PKK terror təşkilatının siyasi qanadı sayılan Barış və Demokratiya Partiyasından (BDP) millət vəkili Sırrı Sakıkın oğlu Sidar Sakık intihar edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əvvəlcə onun odlu silahla vurulduğu bildirilsə də, S. Sakıkın intihar etdiyi müəyyənləşib. Məlum olub ki, Sidar Sakık özünü yaşadığı binadan atıb.

Qeyd edək ki, BDP-dən olan millət vəkili Sırrı Süreyya Twittter vasitəsi ilə həmkarının oğlunun ölümünə münasibət bildirib: "S. Sakık özünü evin eyvanından ataraq intihar edib. Ölümlə bağlı yayılan digər xəbərlər həqiqəti əks etdirmir".