Prezident İlham Əliyev Fransaya işgüzar səfərə yola düşüb

17 Sentyabr 2012 13:01 (UTC+04:00)

Prezident İlham Əliyev Fransaya işgüzar səfərə yola düşüb. AzərTAc xəbər verir ki, sentyabrın 17-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransa Respublikasına işgüzar səfərə yola düşüb.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.