Türkiyənin yeni səfiri İsmayıl Alpər Coşqun Bakıdadır

17 Sentyabr 2012 15:22 (UTC+04:00)

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri İsmayıl Alpər Coşqun Bakıya gəlib. Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfir etimadnaməsini Azərbaycan prezidentinə təqdim etdikdən sonra rəsmən fəaliyyətə başlayacaq.
Qeyd edək Ki, bu ilin aprel ayında Türkiyə prezidenti Abdullah Gül İsmayıl Alpər Coşqunun Azərbaycanda səfir təyin edilməsi barədə sərəncam imzalayıb.