Regionlarda ADSL abunəçilərinin sayı 100 minə çatdı
17 Sentyabr 2012 18:53 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, regionlarda ADSL istifadəçilərinin sayı
sürətlə artır. Bu barədə "Aztelekom" İB-dən verilən məlumatda
bildirilir. Məlumatda qeyd edilir ki, birliyin regionlarda bütün
yaşayış məntəqələrinin optikləşdirilməsi istiqamətində həyata
keçirdiyi tədbirlərin nəticəsidir ki, bu gün ADSL abunəçilərinin
sayı 100 mindir.Qeyd edək ki, hazırda
"Aztelekom" İB-nin kəndlərin optikləşdirilməsi layihəsində bir neçə
şirkət də yaxından iştirak edir.