Lionel Messidən yeni rekord
17 Sentyabr 2012 20:18 (UTC+04:00)
İspaniyanın "Barselona" klubunun futbolçusu
Lionel Messi yeni bombardirlik rekordu müəyyənləşdirib. Lent.az-ın
məlumatına görə, La Liqanın ötən turunda "Xetafe"nin qapısından 2
top keçirən argentinalı hücumçu 2012-ci ildə hesabındakı qolların
sayını 61-ə çatdırıb.
O, qollarından 52-ni "Barsa"nın, 9-nu
Argentina millisinin heyətində vurub. Təqvim ilində qol sayında
əvvəlki nailiyyət də 2010-cu ildə Messi tərəfindən
müəyyənləşdirilib. Bu rəqəm 60 olub.
Qeyd edək ki, "Barselona" "Xetafe"ni 4:1 hesablı məğlubiyyətə
uğradıb.