Yavər Camalov İraq səfirini qəbul edib
17 Sentyabr 2012 20:42 (UTC+04:00)
Sentyabrın 17-də müdafiə sənayesi naziri Yavər Camalov İraqın
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi
Əl-Barrakı qəbul edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə,
səfiri salamlayan nazir Yavər Camalov Azərbaycan ilə İraq
arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini
vurğulayıb. Nazir Müdafiə Sənayesi Nazirliyinin yaranması və
fəaliyyəti barədə səfirə geniş məlumat verib.
Heydər Şiyə Qubeyşi Əl-Barrak səmimi qəbula görə minnətdarlığını
bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş
fikir mübadiləsi aparılıb.