“Hökumət-müxalifət dialoqu davamı edəcək”

18 Sentyabr 2012 11:53 (UTC+04:00)

"Qarşıdan prezident seçkiləri gəlir və seçkilər ilində təmaslar daha da artırılacaq"

Azərbaycan hökumətinin müxalifətlə dialoqlarının davamı olacaq. APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib.
Onun sözlərinə görə, qarşıdan prezident seçkiləri gəlir və seçkilər ilində təmaslar daha da artırılacaq: "Proseslərdə fəallıq olacaq - həm siyasi partiyalar, həm mətbuat, həm də qeyri-hökumət təşkilatlarında. Azərbaycan hakimiyyəti cəmiyyətin ayrılmaz hissəsi olan bu qurumlarla işi gücləndirəcək".