Dini Komitəyə yeni mətbuat katibi təyin olundu

18 Sentyabr 2012 15:45 (UTC+04:00)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi təyin olunub.Modern.az bildirir ki, bu vəzifəyə jurnalist Orxan Əli təyin olunub. Orxan Əli saytımıza açıqlamasında bu xəbəri təsdiqləyib.
"Bu posta rəsmən təsdiqləndim. Bu gündən vəzifəmin icrasına başlayıram".
O.Əli bu vəzifədən əvvəl "İki sahil" qəzetində müxbir kimi fəaliyyət göstərib. Daha sonra Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətinin rəhbəri işləyib.

O.Əlidən əvvəl DQDK-nin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov olub. S.Aslanov tutduğu vəzifədən azad olunub.