Çılpaq fotoşəkillərə fransız qadağası

18 Sentyabr 2012 19:07 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Britaniya şahzadəsi Villiamın həyat yoldaşı Keytin çılpaq halda çəkilmiş fotolarının Fransada yayılması qadağan edilib.

Fransada bir məhkəmə prosesi nəticəsində Villiamın həyat yoldaşı Keytin çılpaq halda çəkilmiş fotolarının Fransada yayılması qadağan edilib.

Məhkəmə xüsusən fransız jurnalı olan "Closer"dən əlindəki bütün fotoşəkilləri və elektron surətlərini 24 saat içində təslim etməsini istəyib.

Prokurorlar, cütlüyün haqqında danışılan fotoşəkillərini çəkən adama iddia açmaqla bağlı təklifi reallaşdıra bilməyiblər.