Bu günə gözlənilən hava şəraiti
19 Sentyabr 2012 11:16 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə Bakıda və Abşeron yarımadasında sentyabrın
19-dahava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz
keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu
gecə 17-21, gündüz 27-31 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 19-dahava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Böyük
Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-210, gündüz 28-33, dağlarda gecə
9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Yaxın 2 gündə ölkə ərazisində nisbətən isti hava şəraitinin davam
edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam
Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində
mühüm dəyişiklik gözlənilmir.