K. Heydərovun
AEBA-nın baş direktoru Yukiya Amano ilə ikitərəfli görüşü olub.
Görüşdə Azərbaycanın AEBA-nın Hadisə və Fövqəladə Böhran
Vəziyyətləri üzrə Mərkəzinə qoşulması, respublika ərazisinin
radiasiya fonu xəritəsinin tərtib edilməsi, ölkənin kadr
potensialının inkişafı, Texniki Əməkdaşlıq Proqramı çərçivəsində
layihələrin reallaşdırılması və əməkdaşlığın prioritet
istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Y. Amano
Azərbaycana səfərə dəvət olunub.
Sessiya çərçivəsində həmçinin nazir Kəmaləddin Heydərov Türkiyə
Atom Enerjisi Qurumunun (TAEK) rəhbəri Zafer Alperlə də görüşüb.
Görüşdə Azərbaycan FHN-in Nüvə və Radioloji Fəaliyyətin
Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə TAEK arasında əməkdaşlıq
istiqamətləri müzakirə olunub.
Sessiya çərçivəsində Azərbaycanın AEBA-ya üzv qəbul olunmasının 10
illiyi münasibətilə BMT-nin Vyana ofisində rəsmi ziyafət verilib.
Ziyafətdə AEBA-ya üzv ölkələrin daimi nümayəndələri, BMT rəsmiləri,
AEBA katibliyinin təmsilçiləri və diplomatlar iştirak ediblər.
Qonaqlara Azərbaycanın beynəlxalq təşkilatla əməkdaşlığının 10
illiyi münasibətilə hazırlanmış xüsusi bukletlər təqdim
olunub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Nazirlər Kabinetinin,
Xarici İşlər Nazirliyinin, AEBA yanında daimi nümayəndəliyin,
Dövlət Gömrük Komitəsinin və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşları daxildir.