İctimai Palatada şok istefalar -ADLAR

20 Sentyabr 2012 11:39 (UTC+04:00)

İctimai Palatanın Koordinasiya Şurasından istefalar olub. Lent.az-ın məlumatına görə, dünən İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib.

İclasda Koordinasiya Şurasının 17 üzvündən 11 üzvü iştirak edib. Günorta başlayan iclas axşam saatlarında bitib. İclasda Palataya daxil olan təşkilatların YAP-ın qərargahında keçirilən toplantıya qatılması və Avropa Parlamentinə müraciətə imza atması məsələsi ilə bağlı ciddi mübahisə yaranıb.
Mübahisələrin sonunda Pənah Hüseyn, politoloq Zəfər Quliyev və Köçəri Nağıbəyli Koordinasiya Şurası üzvlüyündən istefa veriblər. Dəqiqləşdirilməmiş məlumatlara görə, istefa verənlər arasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da var.