“Ramil Səfərovun ekstradisiyası Avropa Birliyi qanunvericiliyi çərçivəsində həyata keçirilib”
20 Sentyabr 2012 16:48 (UTC+04:00)
"Cənubi Qafqazda gərginlik artıb,
Ermənistan hökumətinin Ramil Səfərov məsələsi ilə bağlı sonuncu
müharibə hədələri isə bu gərginliyi daha da artıra bilər".
Avropa Azərbaycan CəmiyyətindənAPA-ya verilən məlumata görə, bu bəyanatla
Böyük Britaniya Parlamentinin İcmalar və Yerli Hökumət komitəsinin
üzvü, deputat Bob Bləkmən çıxış edib.
Bəyanatda bildirilir: "Regionda vəziyyəti alovlandırmaq istəyənlər
Səfərovun azad olunması məsələsindən sui-istifadə edirlər, lakin
biz yadda saxlamalıyıq ki, Ramil Səfərovun ekstradisiyası Avropa
Birliyi qanunvericiliyi çərçivəsində həyata keçirilib. Münaqişənin
daha da alovlanmasından hər bir cəhdlə qaçmaq lazımdır. Hər iki
tərəf birgə masa arxasına keçməli və BMT Təhlükəsizlik Şurasının
məlum 4 qətnaməsinə əsasən sülh danışıqlarına başlamalıdır".