Azərbaycan İsraildə neft yataqlarında qazma işləri aparacaq

20 Sentyabr 2012 18:57 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu il oktyabr ayının sonunda İsraildəki neft yataqlarında qazma işlərinə başlayacaq.
Bu barədə "APA-ECONOMICS"ə ARDNŞ-dakı mənbələrdən məlumat verilib.
Bildirilib ki, İsrailin "Şemen" yatağında aparılacaq işlərlə bağlı bütün hazırlıqlar başa çatıb. Danışıqların nəticəsi olaraq ARDNŞ bu layihədə operator kimi çıxış edəcək. Qazma işlərini və digər işləri həyata keçirmək üçün İsrail hökumətindən müvafiq lisenziyalar da alınıb.