Ledi Qaqa səhnədə siqaret çəkib

20 Sentyabr 2012 19:18 (UTC+04:00)

Movqe.Azxəbər verir ki, Amerikalı məşhur müğənni Ledi Qaqa, Hollandiyanın paytaxtı Amsterdamda verdiyi konsertdə, səhnədə siqarret çəkib.

Səhnədə oturduğu yerdə, tamaşaçılara "əylənirsinizmi" deyə soruşan Ledi Qaqaya tamaşaçılar qışqıraraq cavab verib.

Səhnədə siqaret çəkmək istədiyini söyləyən Ledi Qaqa, bir paketdən siqaretlər çıxarıb tək-tək iylədikdən sonra, "xeyr, xeyr" deyərək siqaretlərin istədiyi kimi iy vermədiyini dilə gətirib.

Ardınca özünə uzadılan başqa bir paketi alanLedi Qaqa, "Gerçək deyilmi, məni aldatmayın" deyərək paketi açıb.

"Gerçək olduğundan əmin olmaq istəyirəm" deyərək paketi açan və içindən çıxan sirrli siqareti iyləyən Ledi Qaqa, "'bəli, bu gerçəkdir" dedikdən sonra, səhnədə siqaret çəkməyə başlayıb.