Bu günə gözlənilən hava şəraiti
21 Sentyabr 2012 11:26 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə Bakıda və Abşeron yarımadasında sentyabrın
21-dəhava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz
olunacaq. Havanın temperaturu gecə 17-21, gündüz 27-32 dərəcə isti
olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti
təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 21-dəhava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi
dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli
yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14,
gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnozlara görə sentyabrın 23-ü axşamadək
Abşeron yarımadasında insanlarda xoş əhval-ruhiyyə yaradan mülayim
isti və sabit hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da
meteohəssas insanlar üçün əsasən əlverişlidir.