Foto sevənləri görüşdürən sərgi - FOTOLAR

21 Sentyabr 2012 13:49 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Almaniyanın Köln şəhərində keçirilən "Photokina 2012" sərgisi sentyabrın 18-də qapılarını ziyarətçilərin üzünə açıb.

Sərgidə dünyanın ən qabaqcıl fotoaparat, video kamera və aksesuar istehsalçılarının nümayəndələrinin həmin firmaların məhsulları ilə maraqlanan sadə insanlarla görüşə biləcək.

Sərgi 23 sentyabra qədər davam edəcək.