Kobi Brayant və Lionel Messi türk şirkətinin reklam filmində

21 Sentyabr 2012 16:34 (UTC+04:00)

ABŞ-ın məşhur basketbolçu Kobi Brayant və İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi Türk Hava Yollarının (THY) reklam filminə çəkilib. Lent.az-ın məlumatına görə, bu barədə THY-nin rəsmisi Hamdi Topçu açıqlama verib. 

O bildirib ki, şirkət Brayantla 2011-ci ildə bağladığı reklam müqaviləsini 2 il uzadıb. Basketbolçu şirkətin yeni reklam çarxına çəkiləcək. Filmdə Messi də yer alacaq. 
Qeyd edək ki, THY təyyarələri ən çox ölkəyə uçan hava yolları şirkətidir. Uçduğu yerlər baxımından isə bu şirkət dünyada 5-cidir.