Dünyanın ən bahalı brendi məlum oldu
21 Sentyabr 2012 18:14 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Apple"
korporasiyasının ticarət markası 100 milyard avro dəyərində
qiymətləndirilir və dünyada ən bahalı brenddir. "Eurobrand" ekspert
agentliyinin tərtib etdiyi reytinq buna sübutdur. Müqayisə üçün,
reytinqdə ikinci yerdə qərarlaşmış "Coca-Cola" ticarət markası 60
milyard dollar, "Microsoft" (3-cü yer) 54 milyard dollar, "IBM"
(4-cü yer) 53 milyard, "Google" (5-ci yer) 50 milyard dollar
dəyərində qiymətləndirilir.
Onluğa, yuxarıda qeyd edilmiş şirkətlərdən savayı, həmçinin "Philip
Morris", "Procter & Gamble", "McDonald's", "Johnson &
Johnson" və "AT&T" də daxildir. "AT&T" istisna olmaqla
digər ticarət markalarından heç birinin dəyəri azalmayıb.
Reytinqə ilk dəfə olaraq "Facebook" şirkəti də daxil edilib.
Mütəxəssislər sosial şəbəkənin dəyərini 11.5 milyard avro dəyərində
qiymətləndiriblər və o, 74-cü yerdə qərarlaşıb.
Amerikanın "Hewlett-Packard" şirkətinin ticarət markasının dəyəri
isə azalıb. Onun brendi 28.3 faiz azalaraq 16 milyard avro təşkil
edib. Şirkət reytinqdə 24-cü yerdən 44-cü yerə yuvarlanıb.