“Nəvə-nəticəmlə birlikdə olmaq ürəyimdən keçir”

23 Sentyabr 2012 20:52 (UTC+04:00)
"...artıq dincəlməyin zamanıdır"
"Mən işləyirəm. İşlərim də qaydasındadır. Diplomatik xidmətim davam edir. Amma ürəyimdən keçir ki, artıq dincəlməyin zamanıdır. Mənim nəvələrim var. Bu yaxınlarda nəticəm də olacaq. Nəvə, nəticəmlə birlikdə olmaq ürəyimdən keçir".
Bunu "Bizim yol" qəzetinə açıqlamaslnda Azərbaycanın Özbəkistandakı səfiri, sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov deyib.
Səfir qeyd edib ki, o, ölkə başçısına ölkəyə dönmək xahişi ilə müraciət etməyib.