2013-cü ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 80 dollar olacaq
24 Sentyabr 2012 12:58 (UTC+04:00)
Azərbaycan hökuməti 2013-cü ildə neftin dünya
bazarındakı qiymətləri və onun ölkə iqtisadiyyatına təsiri ilə
bağlı maksimum ehtiyatlı siyasət yürütmək niyyətindədir.
"APA-ECONOMICS"in məlumatına
görə, gələn il dövlət büdcəsində neftin proqnoz qiyməti 80 dollar
nəzərdə tutulub.
Qeyd edək ki, dövlət büdcəsində neftin proqnoz qiyməti 2012-ci ildə
də 80 dollar nəzərdə tutulsa da, sonradan büdcəyə edilən
dəyişikliklər nəticəsində bu rəqəm 100 dollara qaldırılıb və
hazırda büdcədə neftin proqnoz qiyməti 100 dollardır.
Dünya bazarında Azərbaycan neftinin bu ilin ilk 8 ayı üzrə orta
qiyməti təqribən 114,98 dollar təşkil edib. Başqa sözlə, hazırda
dünya bazarında neftin qiyməti büdcədəki proqnoz qiymətindən 15
dollar, gələn il üçün proqnozlaşdırılan qiymətdən isə 35 dollar
yüksəkdir. Bunun səbəbi neft qiymətləri məsələsində hökumətin
maksimum ehtiyatlı siyasət yürütmək niyyəti ilə bağlıdır.