Narkotika istifadə etməyi yaddaşdan silmək olar?
13 Aprel 2012 16:17 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Çinli elm xadimlərinə görə narkotik
maddələrlə bağlı xatirələrə nəzarət etməklə narkotika aludəçilərini
yenidən həyata qaytarmaq mümkündür. Onların sözlərinə görə
xatirələr ipucları ilə daim əlaqədədir. Beləki toxumaq və yaxud
siqaret vərdişi kimi narkotik dərmanlar da insana xoşagələn təsir
bağışlayaraq onu daim bu dərmanları istəməyə və yenidən istifadə
etməyə təhrik edir . Ekspertlərin sözlərinə görə xatirələri
hədəfləmək müalicə üçün yeni vasitələrə səbəb ola bilər. Adətən
narkomanları sağaltmaq üçün təkrar-təkrar dərmanlardan istifadə
edirlər. Bu isə ipucu və arzu arasındakı əlaqəni kəsə bilər.
Tədqiqatlar belə aparılıb: insan yaddaşına sanlıqla təsir
edilir.Yaddaş yenidən yaradılarkən kiçik bir məlumat pəncərəsi
açılır.
Tədqiqatlar təxminən 11 il nakotik vasitələr istifadə edən şəxslər
arasında aparılıb.Onlara yaddaş pəncərəsi açaraq ilk olaraq
dərmanlarla bağlı məlumatlandırıcı videolar göstərirlər.10 dəqiqə
sonra isə narkotik dərman istifadəsi ilə bağlı şəkillər göstərilir.
Şəhərdən kənar ərazidə olan narkomanlara isə yaddaş pəncərəsi
açmadan belə videolar göstərilir. 180gün sonra nəticələr bəlli
olur. Yaddaş pəncərəsi açılmış narkomanlarda narkotika istəyi
yaddaş pəncərəsi açılmamış narkomanlara nisbətən daha zəif
olur.Eyni təcrübə narkotik vasitə verilmiş siçanlar üzərində də
test olunur. Elm xadimlərinin fikrincə yeni yaddaş pəncərəsi
açmaqla narkotik dərman istəyini azaltmaq və hətta unutdurmaq olar.
Tədqiqatlar hələ də davam edir.
Əfqanə Məzahirqızı