Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın nümayəndəsi yayılan videomateriala münasibət bildirib

26 Sentyabr 2012 15:53 (UTC+04:00)

Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın nümayəndəsi Vüsal Hüseynov millət vəkili Gülər Əhmədova ilə bağlı internetdə yayılmış videomateriala münasibət bildirib.

APA-nın məlumatına görə, Vüsal Hüseynov videomateriala baxmasa da, məsələnin mahiyyətindən xəbərdar olduğunu söyləyib: "Mən həmin videomateriala baxmamışam, lakin məsələnin mahiyyətindən xəbərim var.

Azərbaycanda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi var. Əgər mətbuatda, yaxud ictimaiyyətdə hər hansı məlumat olarsa, onların bununla bağlı şikayəti olmalıdır, ya da həmin qurum bu məlumatlara reaksiya verməlidir. Hesab edirəm ki, belə bir məsələ varsa, aidiyyəti qurumlar tərəfindən reaksiya veriləcək".