Hörümçək adam rekord qırıb
13 Aprel 2012 17:23 (UTC+04:00)
Hörümçək adam ləqəbi ilə tanınan əslən fransız olan Alain Robert
Qatarda yeni bir rekorda imza atıb.
Robert Qatarın ən uzun binası olan 300 metr yüksəkliyi olan Torç
Qülləsinə heç bir təhlükəsizlik tədbiri almadan dırmaşmağı
bacarıb.
Bu hadisəni izləmək üçün yüzlərlə adam paytaxt Dohadakı Aspire
Meydanında toplanıb.
Ölkədəki qum fırtınası səbəbiylə şiddətli küləyi vecinə almayan
Robert, dırmaşmadan əvvəl mətbuata verdiyi şərhdə küləyin mənfi bir
faktor olmadığını bildirərək hədəfə qıfıllanaraq bacaracağını
söyləyib.
Guiness Dünya Rekordları nümayəndələrinin də seyr etdiyi bu hadisə
1 saat 33 dəqiqə 47 saniyə davam edib.
300 metri gözləniləndən daha az müddətdə dırmaşan Robert bir
rekorda imza atmış olub.
Sonda meydana enərək izləyənləri salamlayan Robertə qırdığı bu
rekordu təsdiqləyən bir sənəd verilib.
Əvvəllər bir çox qeyri-qanuni dırmaşma hadisəsi reallaşdırdığı üçün
başı dərdə girən Robert, Torç Qülləsinə dırmaşmaq üçün Qatar
səlahiyyətlilərinin rəsmi təsdiqini alıb.
Ziba Yusifova