Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair növbəti görüş noyabrda keçiriləcək

27 Sentyabr 2012 11:19 (UTC+04:00)

"Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və readmissiya ilə bağlı danışıqlar hələ davam edir. Viza rejiminin sadələşdirilməsinə dair növbəti görüşün noyabrda Bakıda keçirilməsi planlaşdırılır". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev verib. 

Onun sözlərinə görə, görüşdə həm viza rejiminin sadələşdirilməsi, həm readmissiya məsələləri müzakirə olunacaq: "Bunlar bir-biri ilə bağlı məsələlərdir, ona görə müzakirəsi bir yerdə aparılmalıdır. Avropa Birliyinin mövqeyi ondan ibarətdir ki, hər iki məsələ üzrə saziş bir yerdə qüvvəyə minsin".