İsveçrə jurnalı irqçilik oyunlarındaı təqsirləndirilib

13 Aprel 2012 17:39 (UTC+04:00)

İsveçrədə dərc olunan həftəlik jurnal "Die Weltwoche"nin üz qabığında əli tapançalı kiçik bir Roman uşağının şəkilinin yerləşdirilməsinə görə Almaniya Roman Şurası jurnalın ölkədə satışının qadağan edilməsi üçün iddia açıb.
Almaniya Sinti və Roman Mərkəzi Şurası  jurnalın üz qabığında ''Romanlar gəlir. İsveçrəyə soyğun axını'' başlığıyla nəşr olunan fotoşəkilin irqçilik olduğunu söyləyib.
Fotoşəkili jurnala verən agentlik, fotoşəkilin mənasının jurnal tərəfindən təhrif edildiyini iddia edib.
Jurnalın redaktor köməkçisi Filip Gut isə  üz qabığını  müdafiə edib və məqalənin haqlı səbəblərlə qələmə alındığını söyləyib.
Məqalənin təsirlərə səbəb olacağını başa düşdüyünü bildirən  redaktor köməkçisi yenə də məqalənin İsveçrə üçün gedərək böyüyən bir problem olan cinayət turizminə diqqət çəkməsini bacardığını ifadə edib.
Üz qabığındakı bu xəbər jurnalın içərisində "Gəlirlər, oğurluyurlar və gedirlər" başlığı ilə nəşr olunub.


Ziba Yusifova