“Bu proses ölkədə korrupsiyanın qarşısını alacaq”

28 Sentyabr 2012 14:50 (UTC+04:00)

Oktyabr ayından turizm obyektlərinin internetdə lisenziyalaşdırılmasına başlanacaq. Lent.az-ın məlumatına görə, bu barədə ölkəmizdə keçirilən "2012-ümumdünya turizm günü"nə həsr olunmuş tədbirdə bildirilib.

O da qeyd olunub ki, gələn aydan mehmanxana və otellərin lisenziyası internetlə veriləcək. Həmçinin mehmanxana sahibləri obyektlərin hansı ulduz kateqoriyasına malik olduğunu təyin edə biləcək. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında müvafiq bölməyə daxil olub tələb olunan sorğuya cavab verilir. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev qeyd edib ki, bu proses ölkədə korrupsiyanın qarşısını alacaq və turizm sahəsində şəffaflığı təmin edəcək.