Baş nazir müxalifət liderini məhkəməyə verib

28 Sentyabr 2012 20:43 (UTC+04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb K.Kılıçdaroğlunun baş nazir haqqında işlətdiyi ifadələr olub. Ərdoğan ona ünvanlanan "ölkəsinin maraqlarını qoruya bilməyən adama xain deyilir" sözlərinə görə CHP sədrindən 100 min lirəlik mənəvi təzminat tələb edir.

Ərdoğanın vəkilləri bu ifadələrdə baş nazirin təhqir olunduğunu qeyd edib.