Gülər Əhmədova işində adı hallanan Sevinc Babayevanın yerinə təyinat olub

29 Sentyabr 2012 14:56 (UTC+04:00)

Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə deputat Gülər Əhmədovanın birgə videosunda yer almış M. Ə. Sabir adına kitabxananın direktoru Sevinc Babayevanın yerinə məsul şəxs təyin edilib.

Bu barədə APA-ya açıqlama verən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev deyib ki, ötən gün Sevinc Babayevanın evinə nümayəndələr göndərilib, lakin o evdə olmayıb: "Sevinc Babayevanın yaşadığı binanın mühafizəçiləri nümayəndələrimizə bildiriblər ki, o, üç gündür evə gəlmir, harada olduğunu da heç kim bilmir. Hər halda biz onun ortaya çıxacağı müddətə kimi müqaviləni qüvvədə saxlayacağıq. Sonra isə müqaviləyə xitam veriləcək. Onun yerinə isə artıq məsul şəxs təyin edilib. Kitabxana başsız qala bilməz".