Ermənilər Xankəndi hava limanının işə düşmə vaxtını bir daha açıqladılar

29 Sentyabr 2012 20:08 (UTC+04:00)

Ermənistan Baş Mülki Aviasiya İdarəsinin mətbuat katibi: "Uçuşlar yaxın günlərdə başlayacaq"

Ermənilər Xankəndinə sərnişin təyyarəsi reysləri açacaqlarını iddia etməkdə davam edirlər. ANS PRESS-in məlumatına görə, Ermənistan Baş Mülki Aviasiya İdarəsinin mətbuat katibi Nelli Çerçinyan erməni mətbutına bildirir: "Hələ ki, uçuşların başlayacağı gün barədə dəqiq məlumat yoxdur, amma məlumdur ki, uçuşlar yaxın günlərdə başlayacaq".

Daha öncə isə bildirilmişdi ki, hava limanı bir həftə ərzində açılacaq. Ermənilər sərnişin daşımasının "Eyr Arsax" şirkəti tərəfindən gerçəkləşdirilcəyini bildirir.

Qeyd edək ki, rəsmi Bakı Xankəndidə qeyri-qanuni uçuşların keçirilməsilə barışmayacağını dəfələrlə bəyan edib.