Yığmamız Avropada 34-cü oldu

23 Noyabr 2011 20:42 (UTC+04:00)

Avropanın U-17 milli komandalarının reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, başa çatan son 3 mövsümün nəticələrinə əsasən tərtib olunan siyahıda Azərbaycan yığması 34-cü pillədədir. Millimizin hesabında 2,667 xal var. Yığmamız 2008/09 mövsümündə 1,333, 2009/10-da 1, 333 xal qazanıb. Ötən mövsüm isə millimiz əliboş qalıb. Reytinqin ilk 3 pilləsi isə futbol nəhənglərinə məxsusdur. İngiltərə 11,667, Hollandiya, 10,333, İspaniya 10,167 xalla 52 yığmanın yer aldığı siyahıya başçılıq edirlər.