Biləcəri, Binəqədi, Xırdalan və Masazıra içməli suyun verilməsində fasilələr olacaq

1 Oktyabr 2012 11:45 (UTC+04:00)
Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında yenidənqurma işləri aparılır.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-ECONOMICS"ə verilən məlumata görə, bununla əlaqədar olaraq oktyabrın 1-də gün ərzində Bakı şəhəri Binəqədi rayonunun Biləcəri və Binəqədi qəsəbələrinin, Abşeron rayonunun Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.