Çində chr("39")köpüklü çaychr("39") çaxnaşması

1 Oktyabr 2012 17:31 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çinin Guangdong bölgəsində kimyəvi maddənin suya qarışması nəticəsində meydana gələn ağ köpüklər çayın daşmasına səbəb olub. Ətrafa yayılan ağ köpüklər əhalini qorxudub. Köpüklərin çatdığı evlər boşaldılıb. Yerli camaat evlərini tərk etmək məcburiyyətində qalıb.

İngiltərənin "Daily Mail" qəzetinin xəbərinə görə, zibilə atılan bir deodoranttan sızan kimyəvi maddə çay suyuna qarışdıqda şiddətli yağışın təsiri ilə köpüklər çoxlaraq böyüyüb.

Bununla bağlı bir rəsmi açıqlamaya görə, köpüklər zərərsizdir: "Köpüklər şəlaləyə düşəndə böyüdü. Bu mənzərəni görənlərin hansısa tədbir almasına gərək yoxdur. Bir neçə balığın ölməsi istisana olmaqla kimsəyə bir zərər dəyməyib".