Gözəllik müsabiqəsində bacılar uğur qazanıb
1 Oktyabr 2012 15:29 (UTC+04:00)
Movqe.Az bildirir ki, Livanda təşkil
edilən "Miss Livan 2012" müsabiqəsində hələ heç bir yerdə
görünməmiş hadisə yaşanıb. Belə ki, əkiz bacılardan Rina Şibani
birinci, Romi isə ikinci yerin qalibi olub. Livan LBC televiziyası
tərəfindən təşkil edilən gözəllik müsabiqəsinə ölkənin
müxtəlif bölgələrindən 16 iştirakçı qatılıb. Müsabiqəyə
Livanın Beka vadisindəki Zahle qəsəbəsindən qatılan 21 yaşlı
Rina Şibani birinciliyi əldə edərkən, əkiz bacısı Romi Şibani isə
ikinci yerə layiq görülüb.